Gürcüstanın paytaxtl Tbilisidə ər arvadını ürəyindən bıçaqlayaraq yaralayıb.

Open.az "Novosti-Gruziya" agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

45 yaşlı şəxs həyat yoldaşını bir neçə dəfə ürəyindən bıçaqlayıb və hadisə yerindən qaçıb.

Cinayətin səbəbi məlum deyil. Zərərçəkmiş şəxs artıq xəstəxanaya yerləşdirilib.

Polis cinayətkarın tutulması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Gülnar Qafarlı