Dubayın “Emirates” aviaşirkəti martın 25-dən ixracat və yük reyslərindən başqa bütün sərnişindaşımaları dayandıracaq.

Open.az TASS-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında deyilir.

"Əvvəlki kimi yük daşımaları həyata keçirməyimizə baxmayaraq, “Emirates” martın 25-dən sərnişin daşımalarını müvəqqəti dayandıracaq", - deyə “Emirates” aviaşirkətinin rəhbəri şeyx Əhməd bin Səid Al Maktum bildirib.