Əlcəzairin şimalındakı Vahran şəhərində hərbi təyyarə qəzaya uğrayıb.

Open.az xəbər verir ki, bu barədə "Echorouk News" kanalı məlumat yayıb.

Təyyarənin gecə təlim uçuşu zamanı qəzaya uöradığı bildirilib.

Hadisə nəticəsində Tafravi Hava Hərbi Ali Məktəbin tələbəsi olan pilot həlak olub.

Əlcəzair Müdafiə Nazirliyi hələ ki, hadisəyə dair açıqlama verməyib.

Gülnar Qafarlı