İstanbul Böyük Şəhər Bələdiyyə (İBŞB) sədri Əkrəm İmamoğlu COVID-19 virusuna yoluxub.

Open.az xəbər verir ki, bu barədə İBŞB sözçüsü Murad Onqun tvitter səhifəsindən bildirib:

“İstanbul BŞB sədrimiz Əkrəm İmamoğlunun COVID-19 testi müsbət çıxıb. Xəstəxanada müalicəyə başlayan sədrimizin səhhəti yaxşıdır. İctimaiyyətin nəzərinə çatdırırıq”.

Bununla yanaşı, Ə.İmamoğlu da tvitter səhifəsindən səsli müraciəti yerləşdirib:

“COVID-19 testim müsbət çıxdı, müalicə prosesi başladı. Səhhətim hazırda yaxşıdır, maraqlananların hamısına təşəkkür edirəm. Səhhətinizə və tədbirlərə mütləq diqqət yetirin, hamınızı sevirəm”.