Əfqanıstanın Qəndahar əyalətində yoxlama-nəzarət məntəqəsinə silahlı hücum olub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində ən azı 7 polis həlak olub. Səhər saatlarında baş vermiş hücum zamanı yaralanan polislərin də olduğu bildirilir.

“Taliban” hərəkatı bu insidentə görə məsuliyyəti öz üzərinə götürüb.