Əfqanıstanın cənubunda Kandaqar şəhərində polisin idarəsinin qarşısında partlayış baş verib.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda "Tolo News" telekanalı məlumat yayıb.

Bildirilir ki, minalanmış avtomobil partladılıb.

Partlayışdan sonra atışıma səsləri eşidilib.

Gülnar Qafarlı