Əfqanıstanın şərqində yerləşən Cəlilabad şəhərində partlayış nəticəsində azı iki nəfər həlak olub, daha altı nəfər xəsarət alıb.

Bu barədə Open.az “Tolo News” telekanalına istinadən xəbər verir.

Onun məlumatına görə, xəsarət alanlardan biri polis əməkdaşıdır. Hadisənin digər təfərrüatları açıqlanmayıb.