Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərbində Novruz şənlikləri qeyd olunan zaman partlayış baş verib.

Bu barədə Open.az "ToloNews"a istinadən xəbər verir.

Partlayıcı qurğunu terrorçu-kamikadzenin aktivləşdirdiyi bildirilir.

Qeyd edək ki, baş vermiş partlayış nəticəsində azı 6 nəfər ölüb, 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb