Əfqanıstanın şimalındakı Məzarı-Şərif şəhərində hərbi vertolyotun qəzaya uğraması nəticəsində 1 pilot və 6 əsgər həyatını itirib.

Open.az "AA"ya istinadən xəbər verir ki, bu barədə ölkənin şimalındakı 209-ci Şahin Korpus Komandanlığı sözçüsü məlumat verib.

O, vertolyotun texniki qəza səbəbiylə qəzaya uğradığını bildirib.

Gülnar Qafarlı