İstanbul hava limanında dünyanın ən böyük hoteli açılıb.

Open.az "CNN"ə istinadən xəbər verir ki, sərnişinlər bu hoteldə bütün gün qalmaq əvəzinə bir neçə saat vaxt keçirə bilərlər.

Məkanın hər kəs üçün əlverişli şərait olan bir hotel olduğu bildirilib.

451 otaqlı hotelin qiymətləri isə saatla müəyyənləşdirilir. Tələbə görə qiymətlər də dəyişir. 4 saatlıq otağın qiyməti 80 avrodan başlayır və vaxt artdıqca qiymət yüksəlir.

Əgər hoteldə yalnız duş almaq istəyirsinizsə, 15 avro ödəməlisiniz. Hotel həmçinin iş adamları üçün xüsusi yığıncaq salonları təklif edir.

Gülnar Qafarlı


Dünyanın en büyük havalimanı oteli İstanbul'da açıldı