Tək və ya ailəvi səyahət etmək istəyən insanlar üçün travelandleisure.com saytı 2020-ci il üçün dünyanın 50 ən yaxşı səyahət yerini müəyyənləşdirib.

Open. az xarici mətbuata istinadən xəbər verir ki, bu il istirahət etmək üçün dünyanın 50 ən yaxşı səyahət yerləri aşkarlanıb. Siyahı istirahət yerlərinin yemək, alış-veriş, tarix, mədəniyyət, təbiəti əsas götürülərək təqdim olunub.

İlk yerdə Efiopiyanın Əddis-Əbəbə qərarlaşıb. Burada yerləşən Zoma muzeyi yeniliklə köhnəliyi birləşdirir, müasir sənət üçün istifadə olunur. Bundan başqa Efiopiyanın baş naziri Abi Əhməd Əli 19-cu əsr abidəsi olan Menelik imperator sarayını hamı üçün əlçatan edib. .

Ağ şəhər memarlığı ilə YUNESKO-nun Ümumdünya İrsinə daxil edilmiş Perunun ikinci ən böyük şəhəri Arekipa ikinci yerdə qərarlaşıb. Burada 1540-cı ildə tikilmiş San-Avqustin kilsəsi xüsusilə fərqlənir.

Səyahət üçün məsləhət görülən ən maraqlı yerlərdən biri də Avstriya hesab edilir. Paytaxt Vyananın qədim memarlığı, sənət nümunələri cəlbedici sayılır.

Meksika, Çin, Havay adaları, Avstraliya da turistlər üçün məsləhət bilinən ölkələr sırasına əlavə edilib.

Qeyd edək ki, azərbaycanlıların ən çox istirahət etdiyi ölkələrdən olan Gürcüstan və Türkiyə siyahıda 49 və 50-ci yerləri tutublar.

Günay Arifqızı