Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması fonunda virusa yoluxma riskinin daha yüksək olduğu hava limanlarının siyahısını açıqlayıb.

Open.az xəbər verir ki, əksər ölkələrdə bütün hava limanları yoluxma riskini daşımaqda davam edir.

Agentliyin tərtib etdiyi siyahıya əsasən, Əfqanıstan, Banqladeş, Belarus, Belçika, Dominikan Respublikası, Misir, İndoneziya, İran, Qətər, Kolumbiya, Küveyt, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Peru, Pakistan, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Çili və Ekvadorda bütün hava limanlarında koronavirusa yoluxma riski yüksəkdir.

Eyni zamanda, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, ABŞ, Rusiya və digər ölkələrdə iri şəhərlərdə yerləşən hava limanları yoluxma riskinin daha yüksək olduğu hava limanları hesab edilib.