Dünyada COVİD-19-a yoluxanların sayı 46 (46,247,387) milyonu keçib.

Open.az "Worldometers"in hesablamalarına istinadən xəbər verir ki, bu günə qədər 1,198,178 nəfər isə dünyasını dəyişib, 33,413,834 sağalma faktı var.

Rekord yoluxma 9,373,336 nəfərlə ABŞ-da qeydə alınıb. Hindistanda 8,179,270, Brazilyada 5,523,352, Rusiyada 1,618,116 nəfər bu infeksiyaya yoluxub.