Çinin Vuhan şəhərində sürətlə yayılan koronavirus xəstəliyinə qarşı tədbirlər genişləndirilir.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 26 nəfərin ölümünə səbəb olan koronavirus epidemiyası səbəbindən Çin Səddinin bəzi hissələrinə ziyarət qadağan edilib.

2008-ci il Yay Olimpiya Oyunları üçün "Quş yuvası" adlandırılan "Ming məzarları", Yinshan Pagoda meşəsi və Pekin Milli Stadionunun da bağlanacağı açıqlanıb. Şanxaydakı "Disneyland" də virus səbəbindən qapılarını bağlayıb.

Bəzi şəhərlərdə əyləncə mərkəzləri, karaoke, bar və kinoteatrlar kimi məkanlar bağlanıb.

Xatırladaq ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.

Epidemiyadan təsirlənən insanlarla təmasda olan 8500 Çin vətəndaşı nəzarət altına alınıb. Rəsmilər bu gün daha dörd şəhərə səyahətin qadağan edildiyini açıqlayıb.

Gülnar Qafarlı