Gürcüstandan sonra Ermənistanda da 1 nəfər A (H1N1) virusundan (“donuz qripi”) dünyasını dəyişib.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, bir qadın son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və qripdən ölüb.

Qeyd edək ki, Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkar edilmişdi.

Gülnar Qafarlı