ABŞ prezidenti Donald Trampın kortejini müşayiət edən 3 motosiklet qəzaya uğrayıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda "Bloomberg" agentliyinin müxbiri Cennifer Ceykobs "Twitter" hesabında məlumat yayıb.

O bildirib ki, Trampın avtomobilinə ziyan dəyməyib, amma bir neçə polis əməkdaşı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti normaldır.

Qeyd edilir ki, ABŞ prezidentinin kortejini müşayiət edən polis əməkdaşlarından biri idarəetməni itirib və motosikletdən yıxılıb.

Gülnar Qafarlı