ABŞ Prezidenti Donald Tramp İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri, general Qasim Süleymaninin öldürülməsinin səbəbini açıqlayıb.

Open.az "Retuers"a istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verərkən məlumat verib.

O, Süleymaninin ABŞ səfirliyini partlatmağı planlaşdırdığını söyləyib: "Tam bir canavar tutduq və öldürdük. Bunu çoxdan etməliydik. Səfirliyimizi partlatmağı planlaşdırdıqları üçün bunu etdik".

ABŞ Prezidentinin iddiaları Pentaqonun yüksək vəzifəli bir rəsmisi tərəfindən təsdiqlənib.

Gülnar Qafarlı