ABŞ Prezidenti Donald Tramp ailəsinin və yaşadığı iqamətgahını Nyu-York əvəzinə indi Florida olacağını bildirib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu barədə " Twitter" hesabında məlumat verib.

O, Vaşinqtonda Ağ Evdə daha 5 il qalacağına ümid etdiyini qeyd edib: "Ancaq ailəm və mən Florida ştatındakı "Palm Beach"də yaşayacağıq. Hər il (Nyu-York) şəhərə, əyalətə və yerli hökumətlərə milyonlarla dollar pul ödəsəm də, həm şəhərin, həm də ştatın siyasi liderləri tərəfindən pis qarşılanıram".

Tramp bu addımın doğru bir qərar olduğunu vurğulayıb: "Prezident olaraq, hər zaman Nyu-Yorka və əhalisinə kömək etmək üçün buradayıq. Onların yeri həmişə qəlbimdə xüsusi olacaq ..

Gülnar Qafarlı