ABŞ prezidenti Donald Tramp "Facebook"un yaradıcısı və İcraçı Direktoru Mark Zukerberqlə görüşüb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tramp "Twitter" hesabında məlumat yayıb.

O, paylaşımına "Mark Zukerberqlə gözəl görüş oldu" sözlərini yazıb.

Görüş Ağ Evin Dairəvi kabinetində baş tutub.

Görüşün detalları açıqlanmayıb.

Gülnar Qafarlı