Disneyland Paris Avropada sanitar vəziyyətin pisləşməsi səbəbindən fəaliyyətinə yenidən başlamasını 2 aprel tarixinə qədər təxirə saldı.

Open.az-ın məlumatına görə, bu barədə parkdan məlumat veriblər.

Qeyd edilib ki, Avropadakı mövcud vəziyyətə görə, Disneyland Paris əvvəlcədən planlaşdırıldığı kimi, 13 fevralda açılmayacaq:

"Şərtlər imkan verərsə, 2 aprel 2021-ci ildə Disneyland-ı yenidən açacağıq".