Dünya liderləri ABŞ-da ara seçkilərin nəticələrini təhlil edir və Demokratların Nümayəndələr Palatasını ələ keçirməsinin xarici siyasətə mümkün təsirlərini nəzərdən keçirirlər.

Open.az Amerikanın Səsi-nə istinadən xəbər verir ki, demokratların sözlərinə görə, onların Palataya sahib çıxması Amerikada yeni günün gəlişinə işarədir. Lakin təhlilçi Piter Trubovitzin dediyinə görə, bu, Amerikanın xarici siyasətinə hökmən şamil olunmur.

Yaxın Şərqə gəldikdə, mümkündür ki Demokratlar Trampa regional müttəfiqlərlə münasibətlərə dair müəyyən təzyiqlər göstərsinlər.

“Səudiyyə Ərəbistanına silah satmağa gəldikdıə biz tənqidi səslər eşidə bilərik. Ola bilsin, Yəməndə müharibəyə son qoyulmasına dair çağırışlar olacaq,” Beyrutda qərargahlaan Amerika Strateji Araşdırmalar Mərkəzinin təhlilçisi Kamil Vazne deyir.

Dünya liderləri qarşıdan nə gəldiyi üzərində düşünüb-daşınacaqlar, Trubovitz deyir.

“Donald Trampın prezidentliyinin sonunu gözləməli... Nöbvbəti iki ili vaxt udmağı... Yəqin ki, Tehranda, Pekində və bəzi Avropa paytaxtlarında da belə bir hesablama gedəcək,” o deyir