Estoniya Prezidenti Kersti Kalyulayd özünütəcrid rejiminə keçib.

Open.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb. Kalyulayd bildirib ki, dekabrın 1-də koronaviruslu xəstə ilə təmasda olduğu üçün bu qərarı alıb.

“Koronavirus xəstəsi ilə təmasda olduğum üçün səhiyyə idarəsinin təlimatına əsasən özümü təcrid etməliyəm”, - deyə estoniyalı dövlət başçısı bildirib.