Argentina hökuməti karantin tədbirlərini oktyabrın 11-dək uzatmaq qərarına gəlib.

Open.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Argentinanın prezident administrasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilir ki, hər bir region rəhbəri karantinin sərtləşdirilməsi və ya yumşaldılması barədə qərarı əyalət və şəhər daxilində özü verə bilər.

Qeyd edək ki, Argentinada koronavirusa ilk yoluxma halı martın 3-də qeydə alınıb. Hazırda ölkədə 601 mindən çox yoluxma faktı, 12 mindən çox ölüm sayı qeydə alınıb.

Martın 20-də ölkədə ümumi karantin elan edilsə də, iyulun 17-də Buenos-Ayres və şəhər ətrafında məhdudiyyətlərin bir qismi yumşaldılmışdı.