Çin beynəlxalq uçuşları bərpa edir.

Open.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi (CAAC) məlumat yayıb.

Xəbərə görə, yeni tip koronavirus pandemiyası səbəbilə dayandırılan səfərlər 8 iyundan etibarən yenidən başlayacaq.

Qərara əsasən, xarici hava yolu şirkətlərinin Çinə uçuşları həftədə 1 dəfə gerçəkləşdiriləcək. Sərnişinlər əvvəlcə həmin hava yolu şirkətləri tərəfindən COVID-19 analizlərindən keçiriləcək. Bir reysdə 5-dən çox koronavirusa yoluxma faktı aşkarlandıqda, həmin aviaşirkətin uçuşları 1 həftəliyinə dayandırılacaq. 3 həftə ərzində virusa yoluxma aşkarlanmayan aviaşirkətə həftədə 2 dəfə uçuş icazəsi veriləcək.

Qeyd edək ki, mart ayından etibarən Çinə xarici uçuşlar dayandırılmışdı.