Türkiyədə daha bir həkim Covid-19 virusundan həyatını itirdi.

Open.az xəbər verir ki, göz xəstəlikləri üzrə uzman doktor, professor Nurettin Mutluergil koronavirusa yoluxaraq, vəfat edib.

Qeyd edək ki, bu hadisə Türkiyədə 3 gün ərzində baş verən növbəti üzücü xəbərdir. Ötən gün də daha iki həkim koronavirusa yoluxub, vəfat etmişdi.

Ülviyyə Həsənqızı