Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbçi güllə yarasından ölüb.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq komitəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə ötən gün silah otağında baş verib. 2000-ci il təvəllüdlü Erik Arutyunyanın meyiti otaqda aşkarlanıb.

Arutyunyanın meyitinin müayinəsi zamanı gicgahında odlu silahdan açılan atəş yarası müəyyən edilib.

Onun ölümünün təfərrüatları hələlik məlum deyil.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı