ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun ölkəmizə səfərinin tarixi bəlli olub.

Open.az xəbər verir ki, 20 oktyabrda Con Boltonun Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri başlayır.

Bu barədə C.Boltonun özü "Twitter" hesabında məlumat verib.

"20 oktyabrda Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana yola düşəcəyəm. Sözügedən ölkələrdə kolleqalarımla və başqa yüksək vəzifəli vəzifəli şəxslərlə görüşəcəyəm", - deyə Bolton qeyd edib.

Gülnar Qafarlı