Çində "Vikipediya" internet-ensiklopediyası tamamilə qadağan edilib.

Open.az "Time"a istinadən xəbər verir ki, bütün dillərdə sayta girişi bloklanıb.

"Wikimedia" fondundan bildirilib ki, qadağanın tətbiqi haqqında heç bir xəbərdarlıq verilməyib.

Qeyd edək ki, "Vikipediya" "Google", "Facebook", "LinkedIn", "Twitter" və başqaları ilə birlikdə qadağan edilmiş saytların siyahısında idi. Onlara daxil olmaq üçün istifadəçilər senzuranı aşaraq virtual fərdi şəbəkələrdən və VPN-lərdən istifadə edirdilər.

Gülnar Qafarlı