Çində koronavirusdan ölənlərin sayı artıb.

Open.az xarici mətbuta istinadən xəbər verir ki, virusdan dünyasını dəyişənlərin sayı 26-ya yüksəlib.

Virusa ümumilikdə 849 nəfər yoluxub. 177 pasiyentin vəziyyəti ağır qiymətləndirilir. 34 nəfər artıq müalicə olunub və tibb müəssələrini tərk edib.

Qeyd edək ki, Azərbaycanın Səhiyyə Nazirliyi Çində yeni yayılmış koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.