Çində koronavirusdan ölənlərin sayı artaraq 2 236 nəfərə çatıb.

Open.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Daha 18 264 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Çində koronavirusa yoluxanların ümumi sayı gün ərzində 1,6 min nəfər artaraq 75,4 min nəfərə çatıb.