Çində koronavirus qurbanlarının sayı növbəti dəfə artıb.

Open.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ölkədə virus epidemiyasından ölənlərin sayı 2 592 nəfərə çatıb. Məlumata görə, 24 734 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Bildirilir ki, gün ərzində virusdan 150 ölüm hadisəsi qeydə alınıb, 1 846 nəfər evə buraxılıb. Hazırda Çində 77 150 nəfər virus daşıyıcısıdır.