Çinin Lyaonin əyalətində 6 şagird Lyaoxe çayında boğulub.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, orta məktəbin yeddi şagirdi çimmək üçün çaya gedib.

Lakin onlardan 6-sı çayda boğularaq, ölüb.

Qeyd edək ki, Lyaoxe Cənub Mançuriyada ən böyük çaydır, uzunluğu 1,345 kilometrdir.

Gülnar Qafarlı