Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatının sədri Canan Kaftancıoğlu barədə həbs qərarı çıxarılıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Kaftancıoğlu sosial şəbəkədəki bəzi paylaşımları səbəbilə 9 il 8 ay həbs cəzasına məhkum edilib.

Haqqında həbs qərarı verilməyən Kaftancıoğlu apelyasiya məhkəməsinə müraciət edəcək.

Qeyd edək ki, CHP sədri “Prezidentə həqarət”, “Türkiyəni təhqir etmək”, “Xalqı kin və düşmənliyə təhrik etmə”, “Terroru təbliğ etmək”də günahlandırılır.

Gülnar Qafarlı