Cənubi Koreyanın İçhon şəhərində sərxoş sürücünün qəza törətməsi nəticəsində üç idmançı həlak olub.

Open.az-ın məlumatına görə, hadisə marafon qaçışı zamanı baş verib.

İdarəetməni itirən sürücü yolun kənarında qaçan idmançıları vurub. Yüngül atletlər xəstəxanaya aparılarkən həyatlarını itirib.

Sürücü saxlanılıb, hadisə ilə bağlı araşdırma aparılır.