Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin ötən aylarda Rusiyadan aldığı "S-400"lərin işləyəcəyini bildirib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, nazir bu barədə jurnalist Cüneyt Özdemirin suallarına cavab verərkən bildirib.

"Əlbəttə ki, "S-400"lərdən istifadə edəcəyik. Biz bunları sandıqda saxlamaq üçün almadıq. Hava müdafiə sistemimizi gücləndirmək üçün əldə etmişik. Bunları da aldığımız kimi istifadə edəcəyik. Heç şübhəniz olmasın", - deyə Çavuşoğlu söyləyib.

Gülnar Qafarlı