Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu ABŞ-ın Dövlət Katibi Mayk Pompeo ilə telefon əlaqəsi saxlayıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Telefon danışığında "Barış Pınarı" hərəkatı və ABŞ-lı heyətin Türkiyəyə reallaşdıracağı ziyarət müzakirə edilib.

Gülnar Qafarlı