Rusiyanın baş naziri Dmitri Medvedev gələcəkdə dörd günlük iş həftəsinin ictimai və əmək müqaviləsinin təməli olacağını söyləyib.

Open.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Texnoloji proses yalnız iş yerlərinin deyil, həm də iş vaxtının azaldılmasına, istirahət günlərinin çoxalmasına gətirib çıxarır. Çox güman ki, həftədə 4 gün iş gələcək sosial və əmək müqaviləsinin əsasını təşkil edəcək ", - deyə Medvedev bildirib.

Baş nazir bu qanunun işin məhsuldarlığını və ölkənin iqtisadi göstəricilərini yüksəldəcəyinə şərait yaradacağını söyləyib.

Rusiya hökumətinin rəhbəri dörd günlük iş həftəsi tətbiq olunan Yeni Zelandiya şirkətini nümunə kimi göstərib.

Gülnar Qafarlı