Bu ilin sentyabr ayında ABŞ-ın neft ixracı idxalı gündəlik 89 min barel üstələyib.

Open.az xəbər verir ki, sentyabr ayında ABŞ-ın neft idxalı 8,668 mln. barel, neft ixracı isə 8,757 mln. barel olub. Bununla da ölkənin xam neft və neft məhsullarını əhatə edən neft ixracı 46 illik tarixi rekordunu yeniləyib.

Hazırda ABŞ-ın xam neft istehsalı 2009-cu ildən bəri 2,3 dəfə artaraq 12,1 mln. barelə çatıb.

Xatırladaq ki, keçmiş prezident Barak Obamanın 2015-ci ildə xam neft istehsalı üzərindəki qadağaları ləğv etməsi nəticəsində ABŞ-ı Səudiyyə Ərəbistan və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı edib.