Böyük Britaniyada koronavirus (COVID-19) infeksiyasına 21 331 yeni yoluxma faktı qeydə alınıb.

Open.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.

Qeyd olunub ki, son sutka ərzində koronavirusdan rekord sayda ölüm qeydə alınıb - 241 nəfər.

Hazırkı dövrədək ölkədə 762 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 43 967 nəfər vəfat edib.