Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 422 nəfər yoluxub.

Open.az-ın "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 390 358 nəfərə çatıb.

Məlumata əsasən, son sutka ərzindı 27 nəfər koronavirusdan ölüb, ölənlərin ümumi sayı 41 759 nəfər təşkil edir.