Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl kral ailəsinin səlahiyyətlərindən imtina ediblər.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şahzadənin özü sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, xanımı ilə birgə ailəsinin səlahiyyətlərindən imtina edib və müstəqilliklərini qazanmaq üçün işləməyə başlayacaqlar: "Aylarla dərin düşüncə və fikirdən sonra bu il bir dəyişiklik etmək qərarına gəldik. Kraliçaya hərtərəfli dəstəyimizi davam etdirərkən, kral ailəsindəki 'yüksək səviyyəli' vəzifələrimizi geri götürdüyümüzü və iqtisadi müstəqilliyimizi əldə etməyə çalışacağımızı söyləmək istərdik".

Cütlük vaxtlarını İngiltərə ilə Şimali Amerika arasında bölüşəcəklərini də qeyd edib.

Gülnar Qafarlı