İki təcavüzkar gənc səhər saatlarında Braziliyanın Sao Paulo şəhərindəki bir məktəbə hücum edərək, ətrafa atəş açıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, təcavüzkarlar ən azı 8 nəfəri öldürdükdən sonra intihar ediblər.

Bu barədə Milli kanal Globo TV məlumat yayıb. Polisin verdiyi məlumata görə, çox sayda yaralı var. Onlar xəstəxanaya yerləşdirilib. Yaralıların sağlamlıq vəziyyəti haqqında hələlik bir məlumat yoxdur.

Rəsmi şəxslər, hadisədən qısa bir müddət əvvəl məktəb binasından təxminən 500 metr məsafədə başqa silahlı hücumun baş verdiyini, ancaq bu iki hadisənin əlaqəli olub-olmadığının hələ araşdırıldığını bildirib.

Gülnar Qafarlı