Böyük Britaniyanın ofşor adaları Men, Gernsi və Cersi rusiyalıların pullarını gizlətməkdən imtina edib.

Open.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniya 2020-ci ildə avtomatik maliyyə məlumatlarının mübadiləsi sistemi çərçivəsində hesab və aktivlər barədə məlumat verməyə qərar verib.

Britaniya ofşor zonalarının Rusiya tərəfinə maliyyə məlumatları təqdim edəcəyi halda Rusiya Federal Vergi Xidməti Men, Gernsi və Cersi adalarını avtomatik mübadilə siyahısına qaytaracağını bəyan edib.

Qeyd edək ki, ölkələr arasında vergi məlumatlarının avtomatik mübadiləsi Vahid Hesabat Standartına uyğun həyata keçirilir. Rusiya 2018-ci ildə avtomatik mübadilə ilə bağlı beynəlxalq sazişə qoşulub.

Günay Arifqızı