Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) daha 2 nəfərə koronavirus diaqnozu qoyulub.

Open.az "Anadolu"ya istinadən xəbər verir ki, bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 11-ə çatıb.

Xatırladaq ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirus (COVID-19) 2 200-dən artıq insanın həyatına son qoyub.