COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq.

Open.az xəbər verir ki, bu fikri “Microsoft“ korporasiyasının banisi Bill Qeyts “Fox News“ telekanalına müsahibəsində səsləndirib.

Qeyts ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütovlükdə nə vaxt normallaşa biləcəyi barədə sual verilib. "Əgər bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək“, - o suala cavabında bildirib.