Livanın paytaxtı Beyrutda davam edən iğtişaşlar zamanı 238 nəfər xəsarət alıb.

Open.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Livan cəmiyyətinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Livanın Qırmızı Xaç Komitəsi 63 nəfəri yaxınlıqdakı xəstəxanalara çatıdırıb, 175 nəfər isı hadisə yerində tibbi yardım göstərilib".