Livanın paytaxtı Beyrutdakı limanda baş verən güclü partlayış nəticəsində 3 erməni ölüb, 100-ü isə yaralanıb.

Open.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Facebook” səhifəsində bildirib.

“Bu rəqəmlər arta bilər, çünki xeyli sayda itkin düşmüş insanlar var”, - o vurğulayıb.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, minlərlə insan yaralanıb.