Belarusda bu gün keçirilən prezident seçkilərində səsvermələr başa çatıb.

Open.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası bildirib.

Ölkə ərazisində 6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb. Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” Birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliklərini qeydə alıb.