Belarusda koronavirusa yoluxanların sayı 90 minə yaxınlaşıb.

Open.az Belarus Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə 89 min 642 nəfər koronavirusa yoluxub, onlardan 80 min 905-i sağalaraq evə buraxılıb, 941 nəfəri həyatını itirib.

Ölkədə pandemiya dövründə 2 milyon 267 min 862 test aparılıb.