Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının daha 9 silahlısı məhv edilib.

Bu barədə məlumatı "Anadolu" agentliyi ölkənin Milli Müdafiə Nazirliyinə istinadən yayıb.

Bildirilib ki, bununla da zərərsizləşdirilən terrorçuların sayı 228-ə çatıb.


***22:35 - 10.10.2019

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının daha 19 silahlısı məhv edilib. Open.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da zərərsizləşdirilən terrorçuların sayı 174-ə çatıb.

Bundan başaqa əməliyyat çərçivəsində Suriyada PKK/YPG və İŞİD terrorçularından təmizlənən kəndlərin sayı isə 11-ə çatıb.